12:21 10.07.2022 509

"Onlar mənə afrikalı qardaşlarım kimidir" - "Neftçi"nin yeni transferi

"Neftçi"nin yeni transferi Qodsvey Donyo Türkiyədəki təlim-məşq toplanışı və Konfrans Liqasına hazırlıqla bağlı danışıb.

Fanat.Az xəbər verir ki, qanalı hücumçu klubun televiziyasına müsahibəsində öncə "Neftçi"yə keçidindən və "ağ-qaralar"ın "Sakaryaspor"la yoxlama oyunundan (1:1) bəhs edib:

“Əslində, “Neftçi” haqqında çox məlumat eşitmişəm. Çox yaxşı oyun göstərən klubdur. Özündə top saxlamağı bacaran, gözəl oyun nümayiş etdirən və hər dəfə meydana qələbə üçün çıxan komandadır. Ötən mövsüm Konfrans Liqasında “Neftçi”yə qarşı keçirdiyimiz matçı xatırlayıram. Onlar sözün həqiqi mənasında gözəl oyun nümayiş etdirmişdilər. Eyni zamanda, şəhəri də bəyənmişdim. Çox gözəl idi. Bütün bu amillər mənim “Neftçi”yə keçidimdə rol oynadı.

Əlbəttə, bir neçə il şərəfini qoruduğun klub üçün istər-istəməz darıxırsan. Bununla belə, yeni komandaya keçəndən sonra fikrini bütünlüklə ora cəmləyirsən və oradakı məqsədlərini müəyyənləşdirirsən. Buna görə də artıq “Makkabi” mənim üçün keçmişdə qalıb, bütün gücümü və diqqətimi “Neftçi” üçün cəmləməliyəm. Düşünürəm ki, çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Hazırlığımız öz qaydasında keçir. Əzmkarlıqla məşq edirik. Qarşıdakı rəsmi oyunumuza yaxşı hazırlaşırıq. Hər bir futbolçumuz öz üzərində yaxşı çalışır. Hamının fikri məşqlərə köklənib. Son iki ay ərzində ilk oyunumuzu keçirdik, komanda yaxşı təsir bağışladı. Demək olar ki, qarşıya qoyulan tələbləri yaxşı yerinə yetirdik. Növbəti matçlarda daha yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə daha da çox işləməliyik.

Bayaq vurğuladığım kimi, “Neftçi” gözəl futbol oynayan komandadır. Dünən bunun bir daha şahidi oldum. Aşağı təzyiq tətbiq edərək topu özümüzdə saxlamağa çalışırıq. Bu bizim ilk oyunumuz idi. Komandada yeni futbolçular var. Bir-birimizi daha yaxşı tanımaq və növbəti matçlarda yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə çalışmalıyıq. Məncə, ən önəmli amillərdən biri komanda yoldaşlarımla yaxşı münasibətdə olmağımdır. Bura yeni gəlmişəm. Caber və Kenni ilə bir-birimizi İsraildən tanıyırıq. Onlarla yaxşı münasibətim var. Eyni zamanda, Mbodj və Yusufla tanış oldum. Onlar da mənim üçün afrikalı qardaşlarım kimidir. Hələ ki bu dörd nəfərlə daha yaxşı münasibətim var. Ümid edirəm ki, zaman keçdikcə digər komanda yoldaşlarımla da yaxşı münasibət quracağam.

“Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbrsizliklə gözləyirəm. Onlarla birlikdə yeni qələbələr qazanacağımıza ümid edirəm. Bilirəm ki, onlar çox heyrətamizdirlər. Azarkeşlərimiz bizi həmişə – istər yaxşı, istərsə də pis zamanımızda dəstəkləməlidirlər. Uğur qazanmağımız üçün hər zaman bir olmalı, bir çalışmalıyıq”.

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X