
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" yoxlama oyununu çərçivəsində "Sivasspor"a 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra danışan paytaxt klubunun baş məşqçisi Laurentsiu Regekampf futbolçulardan razı qaldığını söyləyib:
"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik. Baxmayaraq ki, son həftə çətin məşqlər keçmişik.
Hər oyunda həm A, həm də B variantı olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib.