
"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Kipr təmsilçisi Ukrayna "Dnipro"su ilə qarşılaşıb.
Görüş Limassol klubunun 4:2 hesablı qələbəsiylə başa çatıb.
"Aris"in heyətində Yannik Qomis dubl edib, Mixlali Samson Mayambela və Aleks Mosunda isə hərəyə bir dəfə fərqlənib.
"Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Mirağa