"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Ferentsvaroş" cavab qarşılaşmasına xüsusi hazırlaşır. Belə ki, macar klubunun təsnifat mərhələsinin revanş oyunundan qabaq ölkə çempionatındakı "Zalaegerseq"ə qarşı keçirəcəyi səfər matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, Macarıstan təmsilçisinin "Sofascore" portalında avqustun 6-na planlaşdırılan səfər oyunu "POSTPONED", yəni "təxirə salınıb" kimi göstərilir.
Xatırladaq ki, dünən "Qarabağ"la UEFA ÇL-in III təsnifat mərhələsinin ilk oyunu Bakıda 1:1 hesablı bərabərliklə sona çatıb.
Mərhələnin cavab oyunu avqustun 9-u Macarıstanda keçiriləcək.
Emin