
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis belə danışıb:
"İki fərqli hissə izlədik. Komandamın oyunundan razı qaldım. İlk hissədə üstünlük tərəfimizdə olsa da,qol fürsətlərindən yararlana bilmədik. Komandanın dinamikası xoşuma gəldi. Daha çox hücumda oynamağa çalışırdıq. Mövsüm uzundur, hələ heç nə itirilməyib. Səhvlərimizi analiz edib, növbəti matçlarda daha inamlı çıxış edəcəyik".
Həftə ərzində Pro kateqoriyası ilə bağlı ölkə xaricində olan Baxşıyev bu amilin məğlubiyyətdə hər hansı rol oynamadığını söyləyib: "Peşəkar komandayq. Heyətdə məni əvəzləyə biləcək mütəxəsisslər var. Sadəc, oyunun taleyini buraxlan ilk qol həll etdi".
O, müdafiəçi Murad Musayevin meydana çıxmamasının səbəbini də açıqlayıb: "Mikrozədəsi var idi. Riskə atmaq istəmədik".
Baş məşqçi transfer məsələsinə də toxunub: "Bu heyətlə davam edəcəyik. Amma hər şey ola bilər".