23:31 08.10.2022 579

"Neftçi"nin baş məşqçisi: "Nə istəyirlər, onu da yazırlar"

Misli Premyer Liqanın IX turunda keçirilən "Neftçi" - "Turan Tovuz" matçı 0:0 hesabı ilə başa çatıb. 

Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi  Laurentsiu Regekampf matçdan sonra baş tutan mətbuat konfransında görüşü dəyərləndirib:

"Oyuna çox yaxşı başladıq. Təzyiq yaratmağa çalışdıq. Amma ən yaxşı epizodlardan yararlana bilmədik. Beləliklə, oyunumuzu çətinləşdirdik. Topu ayağımızda çox saxlayırdıq. Oyuna keyfiyyətimizi əlavə edə bilmirdik. Nəticədə matçı rəqib üçün rahatlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi".

47 yaşlı mütəxəssis bildirib ki, çempionluq uğrunda sonadək mübarizə aparacaqlar: "Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik. 

Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışında idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. Matçın sonunda rəqibin 100 faizlik şansı oldu". 

Mütəxəssis deyib ki, müdafiə olunmaq hücumu qurmaqdan daha asandır: "Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xətdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq".

Regekampf heyət barədə hər gün rəhbərliklə danışdığını söyləyib: "Hazırda güclü komanda yaratmaq üçün proses gedir. Bilirik ki, bunu bir günə edə bilmərik. Futbolçulara baxırıq. Bizə yerli oyunçular da lazımdır. Bəzi yerli futbolçuları zədə səbəbindən itirmişik. Eddi İsrafilov 3-4 həftədən sonra komandaya qoşulacaq. Azər Salahlının durumu bəlli deyil. Bu oyunçuları əvəzləmək asan deyil. Gördüyünüz kimi, bu gün İsmayıl Zülfüqarlını sol cinahda oynatdım. Azər Əliyevin də ağrıları var idi. Bu halla hər bir komanda üzləşə bilər. Şikayətlənmək istəmirəm. Əlimdəkilərlə kifayətlənməyə çalışıram. Amma bilirik ki, güclü komanda qurmalıyıq".

Rumıniyalı baş məşqçi adının ölkəsinin "Styaua" klubu ilə hallanmasına da toxunub: "Bu, əslində normal haldır. Xəbəri yazanlar jurnalistlərdir. Nə istəyirlər, onu da yazırlar. Amma məndə bu barədə məlumat yoxdur. Hazırda "Neftçi"dəki işimə köklənmişəm. Adım çox yerdə hallanır. Lakin "Neftçi" ilə müqaviləm var".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X