20:31 29.10.2022 553

“Ucuz qollar buraxırıq" - Rəşad Sadıqov

Misli Premyer Liqasının XII turunda "Zirə" öz meydanında "Neftçi"yə" 0:3 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, oyundan sonra mətbuat konfransında çıxış edən  “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov yenilgini belə şərh edib: 

“Oyundan əvvəl də bilirdik ki, çətin olacaq. Son turdakı məğlubiyyətdən sonra “Neftçi”nin bu gün meydana motivasiya ilə çıxacağı məlum idi. Bizim də öz məqsədlərimiz var idi. Təəssüf ki, rəqib bizi meydanda üstələdi və layiqli qələbə qazandı. Oyunun əvvəlində erkən qol buraxmağımız komandamıza mənfi təsir etdi. Buraxdığımız qollar həlledici oldu.

Əslində oyuna yaxşı başlamışdıq. Qola qədər 2-3 dəfə əks-hücumlarda rəqibi yaxalamışdıq. Bir epizodda hətta üçə bir çıxdıq. Amma təəssüf ki, həmin epizoddan faydalana bilmədik. Erkən qoldan sonra komandamız sanki özünə gələ bilmirdi. Ümumiyyətlə, bu mövsüm çox ucuz qollar buraxırıq. Belə qollar buraxdıqca vəziyyətimizi düzəltmək çətinləşir. Xüsusən də iddialı komandalarla matçlarda ucuz qollar buraxırıq. Buraxdığımız qolların çoxunda fərdi səhvlərə yol veririk. Futbolçunun kobud texniki səhvi, yaxud diqqətsizliyi rol bunda rol oynayır.

Bu gün ikinci, üçüncü qolları dördlü müdafiəyə keçdikdən sonra buraxdıq. “Qarabağ”la oyunda da 1:1 olarkən dördlü müdafiəyə keçdik və qapımızda 6 qol gördük. Bu gün məcburiyyətdən üçlü müdafiə ilə meydana çıxmışdıq. Heyətdəki itkilər bizi buna məcbur etmişdi.

Künc zərbəsi zamanı buraxdığımız ikinci qol bir qədər şübhəli idi. Amma deməzdim ki, rəqib bizi VAR-ın yoxluğuna görə üstələdi. Bu məğlubiyyət bizi üçüncü pillədən bir qədər geri saldı. Bu da planlarımıza daxil deyil. Növbəti tur Qəbələyə səfər edəcəyik. Çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X