12:47 15.11.2022 554

\"Elmar Baxşıyev də mənimlə eyni durumda idi\" - \"Şamaxı\"nın baş məşqçisi

Son iki turda ardıcıl olaraq "Turan Tovuz"a (3:1) və evdə "Sumqayıt"a (4:2) qalib gələn "Şamaxı" məşqlərini bu gün bərpa edir.

Bu haqda Fanat.Az-a açıqlama verən komandanın baş məşqçisi Vüqar Əsgərli "Turan Tovuz"la kubok matçının hazırlıqlarına axşam başlayacaqlarını deyib: "Uşaqlara əvvəldən üç günlük istirahət imkanı yaradacağımıza söz vermişdik. "Sumqayıt"la oyundan sonra icazə verdik, dincəldilər. Artıq bugündən məşqlərə başlayacağıq. Bir azdan Şamaxıya yola düşəcəyik, axşam məşqimiz orda olacaq. "Turan Tovuz"la iki həftə ərzində yenidən - bu dəfə kubokun 1/8 finalında qarşılaşacağıq. Hər oyunda olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacaq, uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Baxmayaraq ki, heyətdə itkilərimiz var. İki futbolçumuz milliyə cəlb olunub. Kubokda onlarsız oynayacağıq. Bundan başqa, Adil Nağıyev zədəlidir. Onunla bağlı sıxıntımız var. Qaşına 6 tikiş qoyulub. Həkimlərin yekun qərarını gözləyirik. Çox istəyirik ki, "Turan Tovuz"la oyunda onun xidmətindən yararlana bilək".

38 yaşlı mütəxəssis komandanın yüksəlişdə olduğu vaxtda millinin oyunlarına görə çempionatda yaranacaq fasilənin onların durumuna təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: "Fasilənin planlarımıza necə təsir edəcəyini zaman göstərəcək. Ancaq biz hər şeyə hazır olmalıyıq. Hamısını nəzərə almışıq. Çünki təqvimdə bir həftəlik, on günlük fasilələr olur. Bu qrafikə uyğunlaşmalıyıq. Futbolçuları toparlamağa çalışacağıq. Həm də təkcə qrafik yox, bir gün süni örtükdə, növbəti tur təbii qazonda oynamaq da çətinliklər yaradır. Buna hazır olmalıyıq".

Bir neçə gün əvvəl PRO kateqoriyası alan Vüqar Əsgərli indiyə qədər bu lisenziyası olmadan baş məşqçi kimi necə çalışa bildiyini belə izah edib: "PRO kursuna tələbə kimi qoşulursansa, Premyer Liqada yüksək lizensiyalı məşqçi kimi iştirak edə bilirsən. Yəni oxuduğun müddətdə PRO lisenziyası ilə çalışmağına icazə verilir. Belədə klub adını sifariş edir. Əsas odur ki, imtahanı uğurla verib PRO-nu alasan. Çünki ala da bilərsən, kəsilə də. Elmar Baxşıyevdə də mənimlə eyni durum idi".

Mirağa   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X