Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Riççone şəhərində keçirilən "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar. Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyası yayıb. İdmançılar sinxron və fərdi proqramlarda mükafatlara sahib çıxıblar. Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medala layiq görülüblər. 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar. Fərdi proqramda Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev 53,300 xalla qızıl medal əldə ediblər. Muhamməd Həsənli isə 49,290 xalla gümüş medalın sahibi olub.
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar