İngiltərədə ən yaxşı seçilən alman futbolçu Ronaldunun rekordunu yenilədi

İngiltərədə ən yaxşı seçilən alman futbolçu Ronaldunun rekordunu yenilədi

"Brayton"un almaniyalı yaeımmüdafiəçisi. Paskal Qross İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib. Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, beləliklə, Qross Premyer Liqa tarixində bu mükafatı alan ilk "Brayton"lu kimi tarixə düşüb. Ayın son günündə o, 35 yaş 107 günlük olub və bu, onu 2022-ci ilin aprelində Kriştianu Ronaldudan (37 yaş 84 gün) bəri mükafatın ən yaşlı sahibi edib. "Brayton" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. Klub növbəti turda "Sanderland" ilə qarşılaşacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər