Dünya çempionatı: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürəcək. Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxacaq. Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə qarşılaşacaq. Kişilərin mübarizəsində isə 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə, Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) duelinin ən güclüsü ilə rəqabət aparacaq. Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər