Kilian Mbappenin PSJ-yə qarşı qaldırdığı psixoloji təzyiq və təqiblə bağlı şikayət Fransa məhkəməsi tərəfindən rədd edilib. Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb. Mənbənin məlumatına görə, “Real Madrid”in hücumçusu 2025-ci ilin mayında keçmiş klubuna qarşı məhkəməyə müraciət etmişdi. Mbappe PSJ rəhbərliyini ona psixoloji təzyiq göstərməkdə və iş yerində təqib etməkdə ittiham edirdi. İş futbolçunun 2023-cü ilin yayında əsas komandadan kənarlaşdırılaraq ayrıca qrupla məşq etməyə göndərilməsi ilə bağlı idi. Lakin Mbappe 2025-ci ilin iyulunda şikayətini geri götürüb. Parisdəki istintaq hakimləri isə 2026-cı ilin mayında iş üzrə kifayət qədər sübut olmadığı qənaətinə gələrək araşdırmaya xitam veriblər. Bu qərar barədə məlumat yalnız oktyabrın əvvəlində ictimaiyyətə açıqlanıb. Beləliklə, Mbappe ilə PSJ arasında uzun müddətdir davam edən hüquqi mübahisənin bu hissəsi də başa çatıb. Bununla yanaşı, tərəflər arasında maaş və bonuslarla bağlı ayrıca məhkəmə işi olmuşdu. Həmin prosesdə PSJ-nin Mbappeyə təxminən 61 milyon avro ödəməsi barədə qərar çıxarılmışdı və klub bu qərardan apellyasiya şikayəti verməyib. Əlisahib İbrahimli
Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev