“Çelsi” “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, məlumatı "Yahoo Sports yayıb. Bildirilir ki, London klubu argentinalı futbolçunun “Liverpul”dakı gələcəyi ilə bağlı yaranmış qeyri-müəyyənliyi yaxından izləyir. 27 yaşlı oyunçu hazırda Mersisayd təmsilçisi ilə müqaviləsinin yenilənməməsindən narazıdır. Mak Allisterin “Liverpul”la hazırkı sözləşməsinin müddəti 2028-ci ilin yayına qədərdir. Buna baxmayaraq, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların dayandırılması futbolçunun gələcəyi ilə bağlı suallar yaradıb. “Çelsi”nin yarımmüdafiə xəttini gücləndirmək istədiyi və Mak Allisteri bu mövqedə uyğun namizəd hesab etdiyi bildirilir. Argentinalı futbolçunun Premyer Liqadakı təcrübəsi də London klubunun marağını artıran amillərdən biridir. Məlumata əsasən, “Çelsi” Mak Allisterlə bağlı vəziyyəti izləməyə davam edəcək və futbolçunun “Liverpul”dakı gələcəyi ilə bağlı qərarından sonra transfer üçün hərəkətə keçə bilər. Əlisahib İbrahimli
Dünya çempionu Londonu tərk edir, İngiltərəni yox
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev