Donnarumma "Real Madrid"ə keçid edəcək?

Donnarumma "Real Madrid"ə keçid edəcək?

"Real Madrid" "Mançester Siti"nin qapıçısı Canluici Donnarummanın vəziyyətini izləyir. Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Mole" yayıb. Məlumat görə, İspaniya klubunun italiyalı qapıçını Tibo Kurtuanın gələcək əvəzləyicilərindən biri kimi nəzərdən keçirdiyi bildirilir. Donnarummanın Çempionlar Liqasında böyük təcrübəyə malik olması və fiziki göstəriciləri "kral klubu" üçün onu cəlbedici namizədə çevirir. “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı işi Donnarummanın gələcəyinə təsir göstərə bilər. Klub ciddi sanksiyalarla üzləşəcəyi təqdirdə, bəzi əsas futbolçularının komandadan ayrılması ehtimalı müzakirə olunur. Donnarummaya "Bayern Münhen", "Yuventus", "İnter" və "Qalatasaray" kimi klubların da daha əvvəl maraq göstərdiyi qeyd edilir. Bununla belə, hazırda "Real Madrid"lə Donnarumma arasında konkret transfer danışıqlarının aparıldığı barədə məlumat yoxdur. İtalyan qapıçının mümkün transferi "şəhərlilər" ilə bağlı yekun qərarlardan asılı ola bilər. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər