Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar

Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar

Azərbaycan üzgüçüləri - Yeqor Maynitski və Anastasiya Boborıkina Bakıda keçirilən "İpək Yolu" Dünya Kubokunda ölkə rekorduna imza atıblar. Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Üzgüçülük Federasiyası yayıb. Y.Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), A.Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekordu müəyyənləşdiriblər. 50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar. Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər