Van Deyk Niderland tarixində bunu reallaşdıran 11-ci futbolçu oldu

Van Deyk Niderland tarixində bunu reallaşdıran 11-ci futbolçu oldu

Müdafiəçi Vircil van Deyk Niderland millisində 100-cü oyununa çıxıb. Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb. Futbolçunun əlamətdar oyunu Millətlər Liqasında Serbiyaya qarşı keçirilən matçda (2:1) baş tutub. Van Deyk komandanın kapitanı olub və bütün 90 dəqiqə meydanda olub. Vircil van Deyk Niderland millisində debütünü 2015-ci ilin oktyabrında edib. O, ölkəsinin əsas komandasında 14 qol vurub və 1 məhsuldar ötürmə edib. 35 yaşlı mərkəz müdafiəçisi milli komanda tarixində 100 oyuna çatan 11-ci oyunçu oldu. Niderlandın bu göstəricidə lideri 134 oyun keçirən Uesli Sneyderdir. Xavinin baş məşqçisi olduğu komanda 4 turdan sonra 8 xalla Millətlər Liqasının 2-ci qrupunda turnir cədvəlinə başçılıq edir. Niderland qrup mərhələsinin son oyunlarını Yunanıstan (13 noyabr) və Almaniya (16 noyabr) ilə keçirəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər