1-ci Liqa təmsilçisi MOİK növbəti turda "Mingəçevir"i qəbul edəcək. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb 4-cü tur çərçivəsində Binə qəsəbə stadionunda baş tutacaq görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Millilərin oyunları ilə əlaqədar yaranan fasilə zamanı çalışdıq ki, komanda çempionatın ritmindən qopmasın. Birinci həftədə "Sabah"ın əvəzediciləri, ikinci həftədə isə "Xankəndi" ilə yoxlama oyunlarına çıxdıq. Az oynayan futbolçulara şans verdik. Dörd zədəli futbolçumuzun sıraya dönməsi də müsbət haldır.
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik. Oyun gününə qədər bu rəqibə qarşı hazırlaşacağıq. Hansı taktika ilə mübarizə aparmalı olduğumuzu bilirik. Bunun üzərində işləyəcəyik".
Qeyd edək ki, MOİK - "Mingəçevir" matçı oktyabrın 9-da keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat