"Yuventus" Kənan Yıldız üçün şok məbləğ tələb edir

"Yuventus" Kənan Yıldız üçün şok məbləğ tələb edir
“Arsenal” “Yuventus”un türkiyəli futbolçusu Kənan Yıldızı transfer etmək üçün 100 milyon avroluq təklif hazırlayır.
Fanat.Az xəbər verir ki, informasiyanı “TeamTalk” yayıb.
Mənbənin məlumatına görə, London klubu 21 yaşlı hücumçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazırdır. “Arsenal”ın Yıldıza marağı yeni deyil. Klub futbolçunu yay transfer pəncərəsində də əsas hədəflərindən biri kimi nəzərdən keçirib.
Vinger hazırda Turin təmsilçisinin ən dəyərli futbolçularından biri hesab olunur. O, həm sol cinahda, həm də ikinci hücumçu mövqeyində çıxış edə bilir.
Məlumata görə, “Real Madrid” və “Bayern Münhen” də türkiyəli futbolçunun vəziyyətini izləyir. “Yuventus” isə Yıldızı asanlıqla satmaq niyyətində deyil və onun üçün təxminən 100 milyon avro tələb edə bilər.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər