
Azərbaycan Basketbol Liqasında XVI tur bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, beş günü əhatə edəcək turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Açılış qarşılaşmasında "Lənkəran" ilə "Sumqayıt" üz-üzə gələcək. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, B qrupunda yarışan "Sumqayıt" 20 xalla beşinci, "Lənkəran" isə 19 xalla sonuncu pillədə qərarlaşıb.
ABL
16-cı tur
4 fevral
19:00. Sumqayıt - Lənkəran
Sumqayıt. Olimpiya İdman Kompleksi.
A qrupu
1. Sabah 15 14 1 +396 29
2. Abşeron Lions 15 13 2 +126 28
3. Gəncə 15 7 8 -38 22
4. Neftçi 15 7 8 +32 22
5. Şəki 15 2 13 -237 17
6. NTD 15 2 13 -252 17
B qrupu
1. Ordu 15 14 1 +286 29
2. Naxçıvan 15 12 3 +99 27
3. Quba 15 5 6 -20 20
4. Sərhədçi 15 5 10 -81 20
5. Sumqayıt 15 5 10 -128 20
6. Lənkəran 15 4 11 -132 19