
Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma reallaşacaq.
Öncə "Şəki" "Abşeron Lions"u qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti 14:00-da səsləndiriləcək.
Bakı İdman Sarayında isə "Neftçi" və "Sabah" münasibətlərinə aydınlıq gətirəcək. Bu matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.