
Bu gün Azərbaycan Basketbol Kubokunda finalçılar bəlli olacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin üçüncü günündə yarımfinal görüşləri keçiriləcək.
Əvvəlcə "Ordu" ilə "Sabah" münasibətlərinə aydınlıq gətirəcəklər. Daha sonra "Gəncə" və "Şəki" finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Azərbaycan Baksetbol Kuboku
1/2 final
19 fevral
18:00. "Ordu" - "Sabah"
Bakı. İdman Sarayı.
21:00. "Gəncə" - "Şəki"
Bakı. İdman Sarayı.
Final qarşılaşması sabah oynanılacaq.