16:21 11.12.2020 1994

"Düşmən üzbəüz döyüşdə çox qorxaq idi" - Mübariz postunun azad olunmasında iştirak etmiş basketbolçumuz

Ağır döyüşdə yaralanıb, cəbhəyə qayıdan basketbolçumuz Ziya Quliyev Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
 
Fanat.Az həmin müsahibəni təqdim edir:

- Ziya, izləyicilərimizə özünü təqdim edərdin?
- Mən, Ziya Quliyev 1989-cu ildə Cəlilabadda anadan olmuşam. Basketbola oynamağa çox az yaşlarımdan, 5 yaşımdan, başlamışam. Basketbola sevgini dayım və Respublikanın Əməkdar məşqçisi Şəhriyar Əsgərov aşılayıb. Bu sahədə məşqçi kimi də fəaliyyətlərim olub.
 
- Vətən müharibəsinə yollanmağının səbəbi?
Biz dostlarımızla daha əvvələr də gücümüz çatdığı qədər ordumuza dəstək olurduq. Əsgərlərimizə baş çəkirdik, imkanımız daxilində onlara mənəvi kömək edirdik. Tovuz döyüşlərindən sonra isə bu fəaliyyətimiz daha da sürətləndi. Biz orduya təkərlər göndərməyə başladıq. Daha sonra isə könüllü özüm orduda xidmət etmək üçün müraciət etdim.
 
- Mübariz İbrahimovun postunu ələ keçirəndə nə haqda düşünürdün?
- Bu çox  ağır döyüş oldu, 7 saat yarım çəkmişdir. Biz Murov dağı istiqamətində əməliyyata başladıq və oranı təmizlədikdən sonra Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da alaraq irəlilədik. Həmin post strateji baxımdan çox önəmli yer idi, ona görə düşmən müqavimət göstərməyə çalışırdı. Lakin düşmən üzbəüz döyüşdə çox qorxaq idi. Daha sonra Ağdərə istiqamətində döyüşlər getdi. Talış və Suqovuşan kəndlərini işğaldan azad etdik. Orda ayağımdan yaralandım və üç gün müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldım.

- Məkirli düşmən üzərində Qələbə həyatına necə təsir etdi?
- Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Qələbənin təsiri əlbəttə çox müsbətdir. Qürur və sevincimin həddi-hüdudu yoxdur. Qələbənin nəticəsi isə bizi bir daha güclü etdi və bir xalq olaraq birliyimizi möhkəmləndirdi. Xocalıda və digər faciələrdə düşmənin millətimizə etdiyi gözümüzün önündən getmirdi. Şəhidlərimizin qanı ilə torpaqları geri aldıq.
 
- Basketbolçu olmağın döyüşdə nə kimi üstünlük verdi ?
- Döyüşdə piyada yollar ağır silahlarla ən az qət etdiyimiz yol 10 kilometr olurdu, fiziki güc burda ən başlıca rol oynayırdı. İdman məşqləri sayəsində mənə çətin gəlmirdi.
 
- Zəfər paradında iştirak etdiniz, ordakı ab-havanı bizimlə bölüşərdiz.
Bu gün ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq bir gündür. Bu tarixin bir parçası olmaq isə bütün hərbiçilər kimi mənim üçün də çox qürurvericidir. Paradda ab-hava çox təsiredicidir, çünki bu qələbənin ən gözəl, ən təntənəli şəkildə qeyd edilməsidir. Zəfərin şirinliyini və sevincini hər kəsin gözlərində görmək olur.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X