NBA ulduzu Paul Corc "Los Anceles Clippers"lə müqaviləsinin müddətini 4 illik uzadıb.
Fanat.Az NBA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, 30 yaşlı basketbolçunun illik maaşı 45 milyon dollar olacaq. Qüvvədə daha bir illik müqaviləsi olan Paul Corc 5 ildə 225 milyon dollar qazanacaq.
Qeyd edək ki, Paul Corc "İndiana Pacers" və "Oklahoma Siti Tunder'un formasını geyindikdən sonra 2019-cu ildə "Los Anceles Clippers"ə transfer olunub. Amerikalı basketbolçu NBA-da 6 dəfə "all star" seçilib.