Sabiq basketbolçu Key Si Cons dünyasını dəyişib.
Fanat.Az Milli Basketbol Assosiasiyasının (NBA) rəsmi saytına istinadən xəbər verir ki, veteran oyunçu 88 yaşında həyatla vidalaşıb.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, "Boston" klubunun heyətində 8 qat NBA çempionu olan Cons 2 dəfə köməkçi məşqçi, bir dəfə isə baş məşqçi kimi bu titula yiyələnib. O, 1956-cı ildə Avstraliyanın paytaxtı Melburnda Yay Olimpiya Oyunlarının qalibi olub.
Fanat.Az