Türkiyənin basketbol üzrə "Çorlu Bələdiyyəsi Gənclik və İdman klubu” komandasının kapitanı Ziya Berhan Kılıç klub bazasındakı otağında ölü tapılıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı idmançı komandanın dünənki məşqinə qatılmayıb.
Klub üzvləri ona zəng etsə də, zənglərə cavab verməyib. Bundan sonra onun atası və qardaşı bazada qaldığı otağa yollanıb. Qapını qıran yaxınları basketbolçunun meyitini tapıb. Ölüm səbəbi hələlik bəlli deyil.