"Los Anceles Leykers" iki oyunçusunu dəyişdirməyi planlaşdırır.
Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, NBA klubu eyni anda iki oyunçunun - Kayl Kuzma və Dennis Şröderin mübadiləsi imkanlarını araşdırır.
Kayl Kuzmanın gedişinin əsas səbəbkarı onunla yola getməyən ulduz basketbolçu Lebron Ceymsdir. Baş məçqçi Frenk Voqelin fikrincə, idmançıların arasında olan münaqişə komandadakı əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər.
Şröder isə bir müddət öncə klubun təklif etdiyi 4 illik müqavilədən imtina edib.
Qeyd edək ki, müqaviləyə əsasən Şröder 4 ilə 84 milyon dollar məvacib alacaqdı.
Xatırladaq ki, "Los Anceles Leykers" 2019/2020 mövsümündə NBA üçün rekord sayılan qısa müddətdə çempionluq tituluna yiyələnmişdi.
Emin Şəmsiyev