Basketbol üzrə kişilərdən ibarət ABŞ yığması 17 il sonra Yay Olimpiya Oyunlarında məğlub olub.
Fanat.Az xəbər verir ki, Tokio 2020-də A qrupunun ilk görüşü çərçivəsində Fransa ilə qarşılaşan 15 qat Olimpiya çempionları 76:83 hesabı ilə uduzub.
Qeyd edək ki, ABŞ sonuncu dəfə Afina 2004-ün yarımfinalında Argentinaya yenilmişdi - 81:89.
Sahib Əsədbəyli