Basketbol üzrə kişilərdən ibarət ABŞ yığmasının Tokio 2020 Yay Olimpiya Oyunlarının finalında rəqibi məlum olub.
Fanat.Az xəbər verir ki, 15 qat Olimpiya çempionları həlledici görüşdə Fransa ilə qarşılaşacaq.
Fransa seçməsi Sloveniyanı gərgin keçən qarşılaşmada 90:89 hesabı ilə yenərək tarixdə üçüncü dəfə Olimpiadanın finalına yüksəlib.
London 1948 və Sidney 2000-də final oynayan Avropa təmsilçisi hər iki halda ABŞ-a uduzub.
Final görüşü avqustun 7-də baş tutacaq.
Bundan əvvəl isə Avstraliya və Sloveniya milliləri arasında bürünc medal uğrunda qarşılaşma baş tutacaq.
Qeyd edək ki, Tokio 2020-də qrup mərhələsində də üz-üzə gələn komandaların duelindən Fransa qalib ayrılmışdı (83:76). Bu, ABŞ basketbolçularının 17 il sonra Olimpiadada ilk məğlubiyyəti idi.