Tokio 2020-də qadın basketbolçuların yarışı başa çatıb.
Fanat.Az xəbər verir ki, çempionluq uğrunda həlledici görüşdə ABŞ və Yaponiya yığmaları qarşılaşıb.
İlk yarını 50:39 öndə tamamlayan amerikalılar sonda da sevinən tərəf olub - 90:75.
Bu, ABŞ seçməsnin tarixdə 9-cu, ardıcıl 7-ci Olimpiya çempionluğu olub.
Ev sahibləri isə ilk dəfə Olimpiya Oyunlarının medalını boynundan asıb.
Qeyd edək ki, amerikalılar kişilərin yarışında da Tokio 2020-nin baş mükafatını qazanıb. "Arzular komandası" finalda Fransanı 87:82 hesabı ilə yenib.