NBA-nın əfsanəvi ulduzu Dennis Rodman yaşa dolduqca xarakter baxımından sakitləşdiyini və öz daxili harmoniyasında yaşadığını söyləyıb.
Fanat.Az xəbər verir ki, 60 yaşlı veteran basketbolçu bu barədə "GQ" jurnalına müsahibəsində danışıb:
“60 yaşım tamam olanda belə bir şey düşündüm: “Lənət olsun. Əvvəlki məndən nə qalıb ki? Fikrimi həyatla necə uyğunlaşdıra bilərəm? Mənə qalan tək şey rahat ölməkdir. Sakitəm və buna hazıram.
Əslində, əminəm ki, insanlarla bölüşəcək daha çox şeyim var. Amma eybi yoxdur. Bu, zamanın normal keçməsidir. Son vaxtlar bu haqda çox düşünürəm. Məni sakitləşdirir. Çünki bilirəm ki, ölüm haqdır. Artıq 10-15 il əvvəlki kimi özümü məhv etmək fikrində deyiləm. Hazırda həyatımı idarə edirəm. Hər şey düzgün istiqamətdə gedir” .
Xatırladaq ki, Rodman özünü WCW döyüşçüsü olaraq da sınayıb. O, 40-a yaxın Hollivud filmində çəkilib.
Emin