Bu gün Azərbaycan Basketbol Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
Fanat.Az-a verilən məlumata görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Basketbol Federasiyasının prezidenti 1999-cu ildən etibarən Nadir Nəsibovdur. O, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi) sədri işləyib.