Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, milli yerli ölkə təmsilçisi "Vera Tbilisi" klubu ilə qarşılaşıb. Görüş seçməmizin 67:60 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində ən məhsuldar oyunçu 23 xalla Endar Poladxanlı olub. Fikrət Ələkbərov yığmanın aktivinə 19, Cəbrayıl Əkbərov isə 17 xal yazdırıb.
Qeyd edək ki, Azərbaycan yığma komandası təlim-məşq toplanışı çərçivəsində daha əvvəl "Rustavi 1991" kollektivi ilə üz-üzə gəlib və 74:79 hesabı ilə uduzub.