Basketbolun 3x3 növü üzrə Azərbaycanın kişilərdən ibarət komandası 4-5 iyunda Kiprdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi ilə Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışında iştirak edir.
Fanat.Az xəbər verir ki, Zaur Paşayev, Amil Həmzəyev, Endar Poladxanlı və Anar Hacıyevdən ibarət yığma hazırlıq çərçivəsində sözügedən ölkənin Niş şəhərində keçirilən turnirə qatılıb.
Millimiz yarışı ikinci yerdə başa vurub.