16:41 21.12.2022 613

Azərbaycanın 7 boksçusu Qazaxıstanda finala yüksəldi

Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə finalçıların adları dəqiqləşib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımfinal mərhələsində mübarizə aparan 12 idmançısından 7-si həlledici döyüşə vəsiqə qazanıb. Digər 5 boksçumuz bürünc medala sahib olub.

48 kq çəki dərəcəsində Həsən Məlikov yarımfinalda Usmonjon Merzoyevə (Tacikistan) qalib gəlib. O, finalda Jenşi Ulpatovla (Qırğızıstan) döyüşəcək.

Boksçularımızdan Məsud Yusifzadə (54) yerli Kaysar Nurəlimbayın ardınca kambocalı Sukti Novla mübarizə aparıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, finalda qazaxıstanlı Jandaulet Sersenbayevlə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovun ardınca Abılay Smana (Qazaxıstan) qalib gəlib. Rəqib ikinci raundda boksçumuzla döyüşdən imtina edib. İsgəndərov çempionluq üçün Ruslan Madiyevlə (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

71 kq çəkidə təmsilçilərimiz Rəşid Həsənovla Sərxan Əliyev rinqə çıxıblar. Yarımfinal görüşündə Həsənov qalib gələrək mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Əliyev bürünc medalla kifayətlənib.

75 kq çəkidə rinqə çıxan Mirşərif Kazımzadə də adını finala yazdırıb. O, yerli Sürağan Erjandan sonra digər qazaxıstanlı Beybaris Sıdına da gücünü göstərib. Kazımzadə həlledici qarşılaşmada Timur Esxojinlə (Qazaxıstan) qüvvəsini sınayacaq.

Murad Allahverdiyevi (80 kq) də qızıl medaldan bir döyüş ayırır. Boksçumuz ardıcıl olaraq yerli Fanibet Samixan və Erkebulan Ekimbayı məğlub edib. O, finalda kambocalı Anver Nasredinovla qarşılaşacaq.

Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) də çıxışını qələbə ilə başa vurub. Yarımfinalda Məhəmməd Abroridinova (Tacikistan) qalib gələn idmançı finalda Lopes Fernando Aleiandro (Kuba) ilə qarşılaşacaq.

Millinin digər üzvlərindən Tural Sarıyev (48 kq) Jenşi Ulpatovaa (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romeroya (Kuba), Tayfur Əliyev (60 kq) Ruslan Kuzembayevə (Qazaxıstan) və Malik Həsənov (63,5) Vasili Samçuka (Qazaxıstan) məğlub olduqlarından yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, turnirdə Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançı qatılıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2026
02:13

"Özümü hamıdan çox türk hiss edirəm"

01:39

Dünya çempionatları tarixində hələ belə rekord olmamışdı

00:59

DÇ-2026: İsveçrə millisindən darmadağın, Çexiya "büdrədi"

18 İyun 2026
23:52

Çexiya və CAR oyununun ən yaxşısı seçildi

23:30

"Futbolçularımın əzmkarlığı öz bəhrəsini verdi" - Huqo Broos

23:15

"Qrupdan çıxmaq şansımız hələ bitməyib" - Miroslav Koubek

22:34

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

22:06

Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək

21:41

DÇ-2026: Meksika Cənubi Koreya ilə üz-üzə

21:04

Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu

20:40

İtaliya nəhəngi 21 yaşlı futbolçunun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

20:16

Tuxeldən FİFA-ya sərt reaksiya: "Yalvarıram, onların yerini dəyişin"

19:41

Vedat Muriqi İstanbula gəlir

19:10

Olise üçün 200 milyondan çox büdcə ayrıldı

18:56

"Zirə"nin yay hazırlıq planı bəlli olub

18:14

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

17:49

"Araz-Naxçıvan"da daha bir müqavilə - RƏSMİ

17:32

Paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatı keçirildi

17:10

"Qarabağ" "Zirə" ilə sınaq matçına çıxacaq

16:58

Kannavaro DÇ-lər tarixində 4-cü belə məşqçidir

16:40

Dünya çempionatları tarixində ikinci dəfə

16:22

Özbək yarımmüdafiəçi DÇ-də maraqlı rekord reallaşdırdı

16:04

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:46

Rahid Əmirquliyev "Şahdağ Qusar"dan ayrıldı

15:27

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

15:08

"Şəfa"dan ayrılan futbolçunun yeni klubu bilindi

14:50

Tçuameni Kilian Mbappeni yox, onu Fransa yığmasının lideri sayır - AÇIQLAMA

14:31

Bakı klubu daha 3 futbolçu ilə vidalaşdığını açıqladı

14:12

"İmişli"də yeni təyinatlar - Təsdiqləndi

13:53

"Real Madrid" Kukurelya və Silvanın ardından daha bir ulduzu heyətinə qatdı - RƏSMİ

13:35

"Səbail"dən baş məşqçi qərarı - RƏSMİ

13:17

"Bu emosiyaları necə təsvir edəcəyimi bilmirəm" - Semenyo qələbəni dəyərləndirdi

12:58

"İmişli"nin növbəti mövsüm Qubada oynamayacağı dəqiqləşdi - AÇIQLAMA

12:36

İngiltərə nəhəngi ispaniyalı futbolçu ilə anlaşdı - Bu keçiddən La Liqanın 2 klubu qazanacaq

12:10

Bellinqem Podolskinin rekordunu qırdı

11:49

Dünya Seriyasında iştirak edəcək güləşçilərin adları bilindi

11:32

"Real Madrid" argentinalı ulduzla anlaşdı - SON DURUM

11:10

Azərbaycan taekvandoçuları Avropa çempionatında birinci yeri tutdular

10:34

DÇ-2026: Okeanın o tayındakı məhsuldarlıq göz oxşayır - İlk turun statistikası

Facebookdan bizi izləməyi unutmayın.
X