13:46 29.12.2022 528

Boksçularımız 2022-ci ildə 77 medal qazandı

Bu il Azərbaycan boksçuları müxtəlif yaş qruplarında 77 medal qazanıblar.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yığmalar bu mükafatları qatıldıqları 15 beynəlxalq yarışda əldə ediblər.

Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.

Avropa çempionatlarında 18 medal

Boksçular 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandaların üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl mükafat qazanıblar.

Yığmanın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.

Komandalar göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi), digərində 7-ci (yeniyetmələrin Avropa birinciliyi) olub.

İdmançılar Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçu da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçular isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəyə medallarla qayıdıblar.

Olimpiya qızılına doğru

Ayrı-ayrı yığmalara gəlincə, son 11 ayda kişi boksçulardan ibarət komanda daha çox medal qazanıb. Milli iştirak etdiyi 4 beynəlxalq turnirdə 13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu nəticədir. 49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici qeydə alınıb.

U-22-lərin Avropa çempionatında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb.

Qadın boksçular isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala yiyələniblər.

Gənc və yeniyetmələrdən ibarət komandalardan uğurlu göstərici

Yeniyetmə idmançıların hesabında 21 medal var. Azərbaycan boksunun sabahı hesab olunan komanda iştirak etdiyi 5 beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb. Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.

Gənc oğlan boksçuların hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.

Azərbaycan çempionatlarında yeni rekord

Müxtəlif yaş qrupları üzrə milli komandalar 15 yarışda 161 boksçu ilə təmsil olunub. Boksçular 59-u Avropa çempionatlarında, 102-si beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. Onlardan da təxminən 48 faizi yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Son 11 ayda Azərbaycan çempionatlarına gəlincə, 6 belə yarış təşkil olunub. Gənclər və yeniyetmələrin turniri 2 dəfə keçirilib. Gənclərdə ilin əvvəlindəki yarışda 50 komandanın 176 boksçusu rinqə çıxmışdısa, dekabrda bu say kifayət qədər artıb – 56 komanda, 216 idmançı. Yeniyetmələrin birinciliyində öncə 63 komandanın 327 boksçusu gücünü yoxladığı halda, noyabrda 66 komandadan 326 idmançı mübarizə aparıb.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan, məktəbli oğlan və qızlar arasında keçirilmiş Azərbaycan birinciliyində isə rekord qeydə alınıb. İlk dəfə qız boksçuların da qatıldığı yarışda 70 komandanın 369 idmançısı rinqə çıxıb. Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri geridə qoyub. Xarici hakimlərin də ədaləti qoruduğu yarışda 38 komandanın 146 boksçusu döyüşüb.

Bu il yeniyetmə və gənc qızlar, həmçinin qadın idmançılar da uzun fasilədən sonra Azərbaycan çempionu titulu uğrunda yarışıblar. 50 boksçunun qatıldığı mübarizədə ölkənin ən güclüləri bəlli olub.

Maddi-texniki baza gücləndirilir

Federasiya 11 ay ərzində da bir sıra yeniliklərə də imza atıb. Veteranlar və Çempionlar, Məşqçilər və Hakimlər komitələri yaradılıb. Boks mütəxəssisləri müxtəlif bölgələrə səfər edərək, orada boksçun daha da populyarlaşması və kütləviləşməsi üçün lazımı tövsiyələrini veriblər. Həmçinin müxtəlif regionlarda hakimlər və məşqçilər üçün seminarlar təşkil olunub.

Bunlarla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi də prioritet məsələlərdəndir. Paytaxtda və bölgələrdəki zalların son vəziyyəti ilə tanış olan qurum rəsmiləri orada təminatın gücləndirilməsi üçün xüsusi plan hazırlayıb, mühüm addımlar atılması istiqamətində işlərə başlanılıb.

Sumqayıtda isə Boks Təlim Mərkəzi əsaslı təmir olunub, bu günlərdə bokssevərlərin ixtiyarına veriləcək. Əsas hədəf ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməklə yanaşı, boksun Azərbaycanda daha da kütləviləşməsi və populyarlaşmasıdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X