17:12 09.05.2020 1728

"Sən Kadırovsan? Krımın taleyini həll etmək sənə qalmayıb" - Usikə meydan oxudu

Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Boqdan Qritsay həmyerlisi, boks üzrə eks-mütləq çempion Aleksandr Usiki qaydasız döyüşə dəvət edib.

Fanat.Az xəbər verir ki, ukraynalı güləşçi "YouTube" hesabında paylaşdığı video vasitəsilə Usikə çağırış edib:

"Mən - Boqdan Qritsay, Ukraynanın Şepetovka şəhərindənəm. Rusiya Federasiyasının müvəqqəti işğalı altında olan, Ukrayna Krımından Aleksandr Usikə müraciət edirəm. Aleksandr, insanlara hədə-qorxu gəlməyə çalışdığın videonu izlədim. Sən kimsən? Bəlkə, Kadırovsan?

Mən zarafat etmirəm. Döyüş idman növlərini təmsil edən şəxslər bacarıqlarından insan hüquqlarını pozmaq üçün istifadə etsələr, Sovet İttifaqının son dövrlərindəki banditizm yenidən qanun, ədalət və asayiş meyarına çevrilə bilər.

Sənin kuratorunun məqsədinin nə olduğunu bilmirəm. Amma sən başa düşməlisən ki, təşviq etməyə çalışdığın qaydasız döyüş insanlar üçün çox təhlükəlidi.

Son videolarına əsasən danışıram: görünür, sən hər şey üzrə mütəxəssissən. Tibb, koronavirus, tarix, dekommunizasiya, ilahiyyat... - bütün mövzulara fikir bildirirsən. Lomaçenko ilə olan, Putin və Kadırovdan bəhs edən video lap gülməli idi.

Sən özün mənə seçim şansı qoymadın. Mən - Boqdan Qritsay, divanda oturaraq sənin videolarına, savadsız şərhlərinə, uşaq qafiyələrinə və təbliğ etməyə çalışdığın rus ssenarilərinə gülən mütəxəssislərdən biriyəm.

Mən döyüşə çağırdığın adamam və çağırışı qəbul edirəm. Dediyin kimi: qaydasız döyüş. Bu döyüşdən sonra hətta peşəkar boksçu üçün belə, qaydasız döyüşün yolverilməz olduğunu anlayacaqsan. Sənə başqa mövzuda da dərs verəcəm: Krımın kimə məxsus olduğunu müəyyənləşdirmək və ya ukraynalıların nə deyəcəyinə, nə yazacağına qərar vermək sənə qalmayıb".

Qeyd edək ki, Usik daha öncə instaqram hesabında, divanda oturaraq televizor vasitəsilə döyüşləri izləyən və idmançıları tənqid edən insanlara dair xəbərdarlıq məqsədli video yaymışdı.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X