Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson Mayami hava limanında əlil arabasında görüntülənib.
Fanat.Az xəbər verir ki, informasiya "New York Post" nəşrinə məxsusdur.
Məlumatda bildirilir ki, hava limanının işçisi Taysonun hərəkət etməsinə köməklik edib.
İddialara görə, Tayson bir neçə həftə əvvəl də əlil arabasında hərəkət edərkən görünüb.
Bir müddət əvvəl sabiq çempion müsahibələrinin birində “mənim vaxtım artıq sona çatdıb” deyə bildirmişdi.
Emin