14:15 18.10.2022 704

Ölkənin boks tarixinə düşən qız: \"Paris-2024-ün medalını qazanacağıma ümid edirəm\"

İtaliyanın Montesilvano şəhərində keçirilən yeniyetmə boksçuların Avropa çempionatında qızlar arasında 70 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Emili Rzayevanın Fanat.Az-a müsahibəsi

- Emili, İtaliyadakı nailiyyətinizlə Azərbaycan boksunda bir ilkə imza atdınız. Ölkənin boks üzrə ilk qız Avropa çempionunu yaxından tanıyaq.
- Mənim atam da professional idmançı olub. Güləşlə məşğul olub. Bir dəfə onunla birgə idman zalına getdim. Məşqinə baxdım, həvəsim yarandı. Sonra atam marağımı görüb məni cüdoya yazdırdı. O vaxt 11 yaşım varıydı. Üç ilə yaxın cüdoyla məşğul olmuşam. Sonra pandemiya başladı, zallar bağlandı. Cüdo ilə paralel bir ara  kikboksla da məşğul olurdum. Pandemiyadan sonra kikboksinqə keçdim. Gördüm ki, kikboksinq mənə daha xoş təsir bağışlayır.

- Bildiyimizə görə, eyni anda uşu-sanda, muay-tayla da məşğul olursunuz. Belə çoxşaxəlilik nədən irəli gəlir?
- Azərbaycanda döyüş növü ilə məşğul olan qız azdır. Beynəlxalq arenada sözünü demək üçün də ölkədaxili rəqabət lazımdır. Ona görə bir neçə idman növündə mübarizə aparmışam ki, praktikam olsun. 

- Avropa çempionatında üç görüş keçirdiniz. Döyüşlər və ümumi yarış barədə təəssüratlarınızı öyrənək. 
- Yarışa özümü tam hazır hiss edirdim. Birbaşa qızıl medala köklənmişdim. Əvvəlcə Ukrayna, ardınca Türkiyə idmançısına qalib gəlib finala çıxdım. Finaldakı rəqibim məndən daha hündür, çəkisi ağır idi. Həm də keçən il Avropa mükafatçısı olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq onu tam üstünlüklə məğlub edib çempion oldum.

- Bunadək hansı nailiyyətləriniz olub?
- 2021-ci ildə Belarusda beynəlxalq turnirin qalibi olmuşam. Həmin il Kazanda keçirilən MDB Oyunlarının bürünc medalını qazanmışam. Bu il isə daha əvvəl Rumıniyada birinci olmuşdum.

- Məşğul olduğunuz növlər arasında ən sonuncu üz tutduğunuz boksdur. Amma görünür, artıq ən sevimli növünüz olub.
- Əslində, bütün bu döyüş növləri bir-birinə oxşayırlar. Amma bəli, daha çox boksu sevirəm. Hədəfim Paris-2024 Olimpiadasında iştirak etməkdir.  Orada tək iştiraka yox, həm də medal qazanacağıma ümid edirəm. 

- Gözünüzü qorxutmaq kimi olmasın, Paris Olimpiadasına iki ildən də az vaxt qalıb. Bu müddətdə böyüklərin yarışında möhkəmlənib lisenziya qazanmaq belə, asan deyil. Bəlkə, daha çox növbəti Olimpiada barədə düşünəsiniz. 
- Doğrudur, boks digərlərindən daha çətin idman növüdür. Olimpiya idman növü olduğundan rəqabət böyükdür. Gələcəyi yalnız Allah bilir. Amma əlimdən gələni edəcəyəm ki, Parisə yollananlar arasında olum. Dediyiniz kimi, hələ iki ilə yaxın zaman var. Atam da məşqlərimə nəzarət edir. Məncə, hər şey yaxşı olacaq. 2028-ci ilə hələ çox var, hazırkı məqsədim Parisə getməkdir. 

- İstənilən halda, belə iddialı olmağınız yaxşıdır. Maraqlıdır, kumiriniz kimdir?
- Məhəmməd Əli. Ən başdan özümə onu kumir seçmişəm. Döyüş tərzim də onunkuna oxşayır. Hiss edirəm ki, mən də gələcəkdə onun kimi döyüşə, qadınlar arasında böyük uğurlar qazana bilərəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X