Beynəlxalq Cüdo Federasiyası Azərbaycan komandasının iki gümüş və bir bürünc medal qazandığı Avstriya Qran-Prisindən sonra yenilənmiş reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yarışda üçüncü yeri tutan Gültac Məmmədəliyeva (52 kq) beş pillə irəliləyərək 24-cü pillədə qərarlaşıb.
Turnirin finalçısı Rəşid Məmmədəliyev 74 pillə yüksələrək hazırda yetmişinci yeri tutur. Qran-Prinin digər gümüş mükafatçısı Kamran Süleymanov isə 33 pillə irəliləyib. O, hazırda 39-cudur.
Milli komandanın liderlərinə gəlincə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) hələ də ikinci, Səid Mollayi (81 kq) isə üçüncüdür. Balabəy Ağayev (60 kq) ilk "4-lük"də, Orxan Səfərov (66 kq) və Uşanqi Kokauri (+100 kq) isə 11-ci yerdədir. Məmmədəli Mehdiyev (90 kq) onuncudur.