Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov yerli idmançı Con Benjamin Qaba üzərində qələbədən sonra təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının lideri belə danışıb:
“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransa xalqı Azərbaycan himnini ayaq üstə dinləyəcək”.