Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi təsəlliverici qarşılaşmada dünya çempionu Endi Qranda (Kuba) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.