
Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, yarışın son günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) uğur qazanıblar.
Onlar uyğun olaraq gümüş və bürünc medal əldə ediblər.
Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.