
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları Hidayət Heydərov və Rəşid Məmmədəliyev mübarizəni erkən dayandırıblar.
Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/8 final görüşündə Tacikistan idmançısı Muhiddin Asadulloyevə məğlub olub.
Eyni çəkidə mübarizə aparan Rəşid Məmmədəliyev isə 1/16 finalda ABŞ təmsilçisi Stiven Boldbaatara yuko xalı ilə (rəqibə qarşı üstünlük qazandığı xal) uduzaraq turniri erkən başa vurub.