10:39 24.08.2020 2716

Qısa saçlı xanım idmançı: "Bu stilin "zay"ını çıxarıblar" - EKSKLÜZİV FOTOLAR

Gənc cüdoçu Fidan Tarıverdiyeva həm idman, həm də şəxsi həyatı barədə Fanat.Az-a danışıb. 

Xanım idmançının saytımıza müsahibəsini təqdim edirik

- Əvvəlcə sizi yaxından tanıyaq...
- 2000-ci ildə anadan olmuşam. Saray qəsəbəsi 1 saylı orta məktəbi bitirmişəm. Hazırda Türkiyənin Kastamonu şəhərində bədən tərbiyəsi üzrə ali təhsil alıram. 

-  İdmana gəlişiniz necə oldu? 
- Uşaqlıqdan idmana həvəsim vardı. Elə günlər olurdu ki, dərsdən qaçıb məktəbin idman zalında keçən cüdo məşqlərinə baxırdım. Hətta evdə yemək yemirdim ki, məni idmana yazdırın. Çoxları deyirdi, "qız nədi, idman nədi?". Ancaq ailəm bu sözlərə fikir verməyib məni idmana yazdırdılar. 3 ay idi cüdoya başlamışdım, Azərbaycan çempionu oldum və milli komandaya dəvət etdilər. Artıq 10 ildir cüdo ilə məşğulam. Son iki ildə isə məşqlərə Türkiyədə davam edirəm. 
 


- Ailənizdə idmanla məşğul olan başqa biri var? 
- Xeyir, sadəcə mən idmanla məşğul oluram. 

- Geridə qalan 10 ildə hansı nəticələrə imza atmısınız?
- 3 dəfə Azərbaycan çempionu olmuşam. İkincilik və üçüncülüklərim də çox olub. Avropa yarışlarında da güləşmişəm. Xarici ölkələrdə də yaxşı nəticələrim, çempionluqlarım çoxdu. 

- Niyə məhz idmanın cüdo növünü seçdiniz? 
- Bu idman növünə böyük rəğbətim vardı və çox istəyirdim ki, mən də ölkə xaricində Azərbaycanın bayrağını dalğalandırım. 
 


- Başqa idman növlərinə marağınız varmı?
- Bəli, var. Ancaq mənim üçün ən önəmlisi cüdodu. 

- Gələcək üçün nə kimi planlarınız, hədəfləriniz var?
- Hədəfim Dünya və Avropa çempionu olmaqdı. 

- Koronavirusa görə məşqlərdən uzaq qalmaq sizə necə təsir etdi?
- Çox pis təsir etdi. Çünki ev şəraitində nə qədər məşq etsək də, zal şəraiti ilə eyni deyil. İnşallah, zalların açılmasını səbirsizliklə gözləyirəm. 

- Karantin günlərini necə keçirdiniz?
- Karantində zamanımı elə evdə məşqlərə ayırdım. 
 


- Çox gözəl gənc xanımsınız. İmiciniz, geyim tərziniz qeyri-adidi. Deyəsən uzun saçları sevmirsiz?
- Təşəkkür edirəm. İdmana başlayandan sonra belə oldu. Bildiyiniz kimi, cüdo asan idman növü deyil. 10 yaşımdan başlamışam idmana və hiss edirdim ki, hərəkətlərim oğlan kimidi. Saçlarımı qısaltmağıma isə səbəb o oldu ki, sevmirdim, məşqlərdə çox yolunurdu, tərliyəndə tökülməyə səbəb olurdu. Ona görə də kəsdirdim. Və belə çox rahatdı. (gülür)...

- Bildiyiniz kimi, belə stildə olan qızlara bizim cəmiyyətdə yanaşma fərqlidi. Onların fərqli orientasiyaya sahib olduğunu deyib, yəni lez adlandırıb, qınaq obyektinə çevirirlər. Sizcə, bu vəziyyət mental düşüncədən qaynaqlanır, yoxsa bu stilə dırnaqarası baxılmasına şəraiti bəzi qızlar özü yaradıb?  
- Biz tolerant bir ölkədə yaşayırıq, heç kəs bir-birinin dininə, irqinə, seçiminə qarışmamalıdı. Sualınıza gəlincə, səbəbin kökündə elə hər iki varinat var.  Qeyd etdiyiniz kimi, bu vəziyyət həm mental düşüncə, həm də ona şərait yaradan qızlardan qaynaqlanır. Necə deyərlər, bu stilin "zay"ını çıxarıblar. Belə stildə olan xanımlara məsləhətim odu ki, heç kimə qulaq asmasınlar. Belə rahatsınızsa, belə də olun. Sizi sevən, sizə hörmət edən insanlar sizi belə də qəbul edəcək. 
 


-  Azərbaycan reallığı hər kəsə məlumdu, qadının idmanla məşğul olmasına, qısa saçlara çoxları qəribə baxır. Belə atmacalar atanlara necə cavab verirsiniz? 
- Atmaca atan çox olur, amma hər kəsə bir-bir cavab versəm, məndə əsəb qalmaz. Boş verməyə çalışıram. Artıq öyrəşmişəm. İlk vaxtlar çox əsəbləşirdim, ancaq indi öyrəşmişəm deyə kimsə nəsə deyəndə mənə normal gəlir (gülür)...

- Heç əsəbləşdirdiyi üçün üzərində cüdo fəndlərini tədbiq etdiyiniz kimsə olubmu?
- Bəli, olub. (gülür)... XI sinifdə bir oğlanı döymüşəm. Əsəbləşdirmişdi deyə mən də Bedro fəndi atıb yerə sərmişdim. Amma nə olsa da, idmanda öyrəndiyim fəndləri həyatımda tədbiq etməməyə çalışıram. Şəxsi həyatımda daha sakit, tərbiyəli biriyəm. Bəlkə də bürcümdən irəli gəlir. 

- Bürcünüz nədi?
- Balıq...
 


- Şəxsi həyat demişkən, ailəlisiniz və ya sevgiliniz varmı? 
- Ailəli deyiləm, sevgilim var. 

- Ailə və ya uşaq sahibi olmaq üçün qarşınıza mental şərtlər qoyulsa, prinsiplərinizdən, idman və stilinizdən vaz keçərsiniz? 
- Xeyr, mənim həyat tərzim və stilim budu. Sevdiyim insan da bunu bilərək mənimlə tanış olub, bunu qəbul edir. Bu barədə çox şanslıyam ki, valideynlərim də ailə quracağım şəxsə, gələcəyimə müdaxilə etmirlər, fikirlərimə hörmətlə yanaşırlar. 
 


- Ən böyük dəstəkçiniz kimdi?
- Müəllimimim Zaur İskəndərov. Məni bu yerə o, gətirib çatdırıb. 

- Cüdo xaricində nəyə marağınız var? Hobbiniz varmı?
- İdmanda boksa marağım var. Bir də fərqli məkanlara getməyi, gəzməyi, zövqlü geyinib-kecinməyi çox sevirəm. (gülür)...

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X