12:11 19.02.2021 1102

Qızıl medal qazanan cüdoçumuz: "Zədələr başıma oyun açıb"

İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Davud Məmmədsoyun "Report"a müsahibəsi

- 2013-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında Avropa çempionu olmusunuz. Böyüklər arasında ilk böyük titulunuzu qazandınız. Hansı hissləri keçirirsiniz?
- Hazırda özümü çox xoşbəxt hiss edirəm. Yarışdakı bütün görüşlər ağır keçdi. Amma sonda qələbə qazana bildim. Birinci görüşdə almaniyalı Morits Plafki, ikinci dueldə isə hindistanlı Vicay Yadavla qarşılaşmalar nisbətən çətin oldu.

- Yarışdan öncə Böyük Dəbilqədə qızıl medal qazanacağınıza inanırdınız?
- Elə də çox inanmırdım. Amma həmişə qalib olmağı hədəfləmişəm. Böyük Dəbilqəyə də çox yaxşı hazırlaşmışdım. Hətta yarışdan bir neçə həftə əvvəl xəstələnmişdim. Amma özümdə güc toplaya bildim. Görüşlərdə qələbələr qazandıqca özümə inanım artdı.

- Xəstəliyiniz nə ilə bağlı idi?
- Soyuqlamışdım, temperaturum da var idi, qrip olmuşdum.

- Koronavirus testiniz mənfi oldu?
- Bəli. Koronavirusa yoluxmamışam

- Bu il 26 yaşınız olacaq. Böyüklər arasında ilk uğurunuzun bu qədər gecikməsinə səbəb nədir?
- Gənc yaşlarda uğurlarım çox olub. Sadəcə, ardıcıl 4 il müxtəlif səbəblərə görə əməliyyat olunmuşam. 2016 - 2020-ci illərdə zədələr başıma oyun açıb.

- Zədələr əsasən nə ilə ələqədar idi?
- Zədələr o qədər çox olub ki... Saymaqla bitməz. Əsas odur ki, indi yaxşıyam və formadayam.

- Böyüklər arasında kölgədə qalmağınıza səbəb Avropa çempionu Orxan Səfərovun (66 kq) son zamanlaradək sizin çəkinizdə mübarizə aparması ilə əlaqədar ola bilər?
- Qətiyyən. Mən belə düşünmürəm. O, nəticə verməyəndə belə, mən zədəli-zədəli gəzirdim. Orxan Səfərov və İlqar Müşkiyev mənim üçün həmişə yaxşı nümunə olublar.

- Qarşıdakı hədəfləriniz nədir: Gec də olsa, olimpiadaya lisenziya əldə etmək realdır?
- Zədələr olmasa, hər yarışda maksimum nəticə verməyi planlaşdırıram. Hazırda olimpiadaya düşmək üçün çalışıram. Demək olar ki, buna da az qalıb. Artıq xallar toplamışam və inanıram ki, toplamağa davam edəcəyəm. Olimpiadadan əvvəl isə Avropa və dünya çempionatı var. Bu yarışlarda da yaxşı nəticələr verə bilərəm.

- İdmançı karyeranız necə başlayıb?
- Şabran şəhərində doğulmuşam. 5-ci sinfədək orada, daha sonra paytaxtdakı Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində idmanla məşğul olmuşam. 11-ci sinfədək liseydə çalışmışam. Ora mənim həyatımda, idmançı kimi yetişməyimdə öməmli rol oynayıb.

- 2016-cı ilədək Məmmədov soyadı ilə çıxış edirniz. Soyadınızı dəyişməyə əsas səbəb nə oldu?
- Bunun səbəbi millətimizə, tariximizə bağlılığımdır. Öz milli soyadımızın olmasını istədim və dəyişdirdim.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X