13:41 10.07.2021 922

"Çətini bir dəfə fərqlənməkdir" - Olimpiyaçımızla müsahibə

Azərbaycanı Tokio-2020-də təmsil edəcək cüdoçu Murad Fətiyev Fanat.az-ın suallarını cavablandırıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq 22 yaşlı idmançı sürpriz seriyası, olimpiya çempionu üzərində qələbəsi və ilk dəfə qatılacağı Olimpiadada imkanları barədə danışıb.

- Lisenziyanı son yarışlardakı ardıcıl nəticələr sayəsində qazandınız. Sözün açığı, kifayət qədər gözlənilməz oldu. İlin əvvəlində əhval-ruhiyyə necə idi? Olimpiadaya düşəcəyinizə ümidiniz qalırdı?
- Keçən ilin əvvəlinədək əsas yığmada təcrübəm azıydı. Pandemiyaya qədər olan müddətdə böyüklərin yarışına uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq həmin arada açıq havada da olsa, yaxşı məşqlərimiz oldu. Dayanmadan çalışırdıq. Bu ilin əvvəlində Daşkənddəki "Böyük Dəbilqə" yarışına çıxanda hiss etdim ki, artıq əvvəlki kimi deyiləm, bir xeyli artırmışam. Sadəcə, orada burnum qanadığına görə yarışı davam etdirə bilmədim. Ardınca Tiflisdəki "Dəbilqə"də yer tutandan sonra özümə inamım birəbeş artdı. Çətini bir dəfə fərqlənməkdir.  Sonra psixologiya dəyişir, nəticələrin ardı gəlir. Beləcə, bir həftə keçməmiş Antalyada, mayda da Kazanda yer tutandan sonra öncə özüm-özümə sübut etdim ki, heç bir rəqibdən çəkinmək lazım deyil.

- Kazan "Böyük Dəbilqə"sində Rio-2016-nın çempionu Həsən Xalmurzayevi "ippon"la məğlub etdiniz. Olimpiya çempionunu udmaq necə hiss idi?
- Reytinqdə yuxarıda olan rəqiblərlə görüşlərdəki nəticə hər zaman önəmlidir. Olimpiya çempionunu udmaq isə tam fərqli hisslər doğurur.

- Böyüklərin yarışında müəyyən təcrübə toplamısınız. İstənilən halda, Olimpiadanın ab-havası fərqli olur...
- Həyəcan böyükdür. Ancaq inanıram ki, yarış vaxtı bunu üstümdən atacağam. Döyüş gününü maksimum dərəcədə soyuqqanlı keçirməyə çalışacağam.
 
 

- Çəkinizdə mükafatlara iddialı cüdoçular çoxdur. Onların bir neçəsi ilə artıq üz--üzə gəlmisiniz. Aralarında kimləri xüsusilə çətin rəqib sayırsınız? 
- Son dünya çempionu belçikalı Matias Kasse və gürcüstanlı son dünya ikincisi Tato Qriqalaşvili hazırda əla formadadırlar. Onlardan başqa, yaponiyalı Takanori Naqase və türkiyəli Vedat Albayrak əsas favoritlərdəndir. Rusiyalı Alan Xubetsovu da ayrıca qeyd edə bilərəm. Ümumiyyətlə, digər çəkilərdə əsasən 5-6 nəfər daha iddialı cüdoçu olarsa, bizdə orta çəki olduğuna görə rəqabət çox böyükdür. Kimin fərqlənəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur.

- Olimpiya Oyunlarının məşhur devizi var: Əsas qələbə yox, iştirakdır. Lakin müasir dövrdə bu deyim əvvəlki əhəmiyyətini itirib. Təcrübəli-təcrübəsiz, hamı medal qazanmaq istəyir. Siz nə düşünürsünüz?
- Komandada ən az mənə inanırlar. Çətindir, amma hər şey mümkündür. Mən də bunu bir daha sübut edib, cüdonun sürpriz çempionlarından biri kimi tarixə keçməyə çalışacağam. Ölkədə və xaricdə gərgin hazırlıqlar keçmişik, düşünürəm, komandanın bütün üzvləri yaxşı çıxış etməlidir.

Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X