Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Tokio 2020-yə qatılan 9 cüdoçumuzdan 3-ü sıralamada geriləyib.
Bir pillə geriləyən Rüstəm Orucov (73 kq) və qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) müvafiq olaraq 3 və 35-ci sıradadırlar. Məmmədəli Mehdiyev (90 kq) isə mövqeyini iki pillə pisləşdirərək 15-ci yerdə qərar tutub.
Digər təmsilçilərimizin isə mövqeyi dəyişməyib. Kəramət Hüseynov (60 kq) 19-cu, Orxan Səfərov (66 kq) 16 -cı, Murad Fətiyev (81 kq) 23-cü, Zelim Kotsoyev (100 kq) 9-cu, Uşanqi Kokauri (+100 kq) 18-ci, ölkəmizə cüdo yarışlarının yeganə medalını qazandıran İrina Kindzerska (+78 kq) isə üçüncü sıradadır.
Sahib Əsədbəyli