15:12 10.08.2021 929

Millimizə yeni baş məşqçi təyin olundu

Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.

Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.

Sadıqov federasiya tərəfindən millinin Riodan Tokioyadək dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib. O, cüdoçuların bu dönəmdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də "Böyük dəbilqə” və Qran-pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Qurum rəsmisi çıxışının sonunda yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonda yığmanın yeni baş məşqçisi Mövlud Mirəliyev onlara göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və milli komandanın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib. İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu da iştirak edib.

Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Yanvar 2025
18:17

"Bu istəyimə çatdığım üçün xoşbəxtəm" - De Bröyne qalır, yoxsa gedir?

17:58

Azərbaycan atıcıları Almaniyadakı yarışda mübarizə aparacaqlar

17:39

"Qvardiola ilə işləməyi hər gənc oyunçu arzulayar"

17:21

Kişi həndbolçular arasında Azərbaycan çempionatında daha iki oyun keçirildi

17:14

AFFA ilə "Azərmaş" arasında əməkdaşlıq müqaviləsi imzalandı

17:03

İbrahim Əliyev Qahirədəki beynəlxalq turnirə qatılacaq

16:44

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:26

"Qəribə" sözünü neqativ mənada demirəm, amma..." - Arne Slot

16:08

Braziliyalı istedad "Mançester Siti"də - RƏSMİ

15:50

"Səbail" futbolçusu ilə vidalaşdı

15:32

"Aston Villa" İspaniya Sequndasından oyunçu transfer etdi - RƏSMİ

15:14

"Neftçi" "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"la qarşılaşacaq

14:56

İnsayder Alfonso Devislə bağlı son vəziyyəti də açıqladı, detalları da

14:38

"Qarabağ"ın rəqibi bu məkanda məskunlaşacaq - FCSB Bakıda azarkeşsiz qalmayacaq

14:20

Kamal Umudlu Yuri Matiası meydandan qovmalıymış - Komitə sədri aydınlıq gətirdi

14:02

Poqba Rusiya klubunda? - Özü açıqladı

13:43

"Qarabağ" - FCSB matçının təyinatları bilindi

13:26

Neymar hansı qapıçıları ən yaxşı saydığını dedi

13:08

"Mançester Yunayted" indi Erik ten Haq dönəmindəkindən də pis oynayır" - Alan Şirer

12:50

"Mingəçevir"dən 7 yeni transfer - ADLAR

12:32

"Sabah"da olmaqdan məmnunam" - Qazaxıstanlı qapıçıdan ilk açıqlama

12:13

Ukraynalı hücumçu Türkiyədə oynayacaq - Razılıq əldə olundu

11:55

ABL: XII tur start götürür

11:36

AL: "Qalatasaray" "Dinamo Kiyev"lə üz-üzə - YENİLƏNİR

11:01

Millimizin rəqibində baş məşqçi dəyişikliyi reallaşdı

10:42

Raşford İspaniya nəhəngində - SON DURUM

10:24

"Sabah" Qazaxıstan millisinin üzvünü transfer etdi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

ÇL: "Liverpul"un ev, "Barselona"nın səfər sınağı, "Atletiko" "Bayer"ə qarşı - YENİLƏNİR

09:25

Braziliya millisinin sabiq oyunçusunun yeni klubu bilindi

09:00

Şerki hansı Almaniya nəhənginin olacaq?

02:04

İPL: "Çelsi" inamlı qələbəyə sevindi

01:56

La Liqa: "Vilyarreal" şou göstərdi

01:41

A Seriyası: "Udineze"ni "döydülər"

20 Yanvar 2025
23:45

Türkiyə Super Liqası: "Trabzonspor" rəqibini "kötəklədi"

22:35

"Mançester Siti" Xusanovun keçidini rəsmən açıqladı

21:57

Maluda futbolu yox, bu peşəni seçdi

21:21

Portuqaliya nəhəngi baş məşqçisiz qaldı

20:52

"Qarabağ"ın rəqibindən qələbə

20:30

Millimizin üzvü Ukraynada klubunu dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.
X