DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İngiltərə ilə oyundan bir gün əvvəl Andorra Milli Stadionunda yanğın baş verib.
Fanat.Az "Sky Sports" saytına istinadən xəbər verir ki, yanğın VAR sistemini üçün nəzərdə tutulmuş otaqda olub.
Canlı yayım zamanı baş vermiş hadisənin videogörüntüsünü təqdim edirik:
Yanğının səbəbləri barədə məlumat verilməyib. Ehtimal olunur ki, yanğına stadionda gedən qaynaq işlərinin qığılcımları səbəb olub. Meydandakı oturacaqlar və qazon zərər görüb.
Xatırladaq ki, Andorra - İngiltərə oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
Emin Şəmsiyev