
İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı İsveç Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Skandinaviya təmsilçisinin DÇ-2026-nın seçmə mərhələsində ötən gün öz meydanında Kosovoya uduzması (0:1) 49 yaşlı danimarkalı mütəxəssisin qovulması ilə nəticələnib.
İsveç millisi yer aldığı B qrupunda keçirdiyi 4 oyunda 1 xal toplayıb və hazırda sonuncu pillədə mövqe tutub.
Qeyd edək ki, Tomasson 2024-cü ilin martından sözügedən yığmanın "sükanı arxası"nda idi.
Nihat